Cəmiyyət · Anews.az

Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu il Azərbaycanda 246 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb xəbəri üçün şəkil

2026-cı ilin yanvar-sentyabr ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 8 ton 406 kq 878,621qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 246 milyon 273 min AZN kimi qiymətləndirilir. Bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4352 nəfər cəlb edilmiş şəxslərdən 4235-i kişi, 117-si qadın olub. 

Məsuliyyətə cəlb edilmiş 50 xarici ölkə vətəndaşından ümumilikdə 566 kq 660,47 qr və 2778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑