Cəmiyyət · Anews.az

Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa olunur xəbəri üçün şəkil

Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti noyabrın 20-dən bərpa ediləcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Məlumata görə, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə noyabrın 21-dən etibarən hərəkət edəcək.

Sel hadisəsi nəticəsində zərər görmüş Qax–Zaqatala dəmir yolu xəttində aparılan təmir işləri ilə əlaqədar bu marşrut üzrə sərnişindaşıma xidməti müvəqqəti dayandırılmışdı. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑