Cəmiyyət · Anews.az

Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib xəbəri üçün şəkil

 

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli, Ermənistanın səfiri Vladimir Karapetyan, və Gürcüstanın səfiri Tamara Liluaşvili İtaliyada Cənubi Qafqazda sülh, kommunikasiya yolları və regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tədbirdə İtaliyanın müxtəlif universitetlərindən təxminən 150 tədqiqatçı və tələbə, jurnalistlər, eləcə də ekspert mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Müzakirələrin əsas mövzuları regionda sülhün möhkəmləndirilməsi, kommunikasiya yollarının inkişafı, Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa ilə birləşdirən nəqliyyat-kommunikasiya marşrutlarının perspektivləri olub.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑