Cəmiyyət · Anews.az

Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda 6,4 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb xəbəri üçün şəkil

2026-cı ilin 9 ayında qanunsuz dövriyyədən 6 ton 443 kiloqram narkotik vasitə çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyində oktyabrın 29-da keçirilən Kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 1 ton 780 kiloqram artıb.

Hesabat dövründə keçmiş illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa elan edilmiş şəxslərin 87,2 faizi tutulub. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 402 nəfərdən ibarət 146 cinayətkar qrup zərərsizləşdirilib.

Bundan başqa, baş vermiş xırda talama faktlarının 87 faizi açılıb, dəymiş maddi ziyanın 85 faizi ödətdirilib.

Həmçinin yol-nəqliyyat hadisələrinin sayı 67 fakt, qəzalar nəticəsində ölənlərin sayı 7 nəfər, xəsarət alanların sayı isə 117 nəfər azalıb.

Aytac 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑