Dünya · Ədalət

Tramp Putinlə danışdı - Dizellə bağlı razılaşma əldə etdilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Putinlə danışdı - Dizellə bağlı razılaşma əldə etdilər xəbəri üçün şəkil

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Adalet.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tramp danışıqların son dərəcə uğurlu keçdiyini vurğulayıb:

“Rusiya Prezidenti Vladimir Putinlə çox uğurlu danışıqları az əvvəl yekunlaşdırdım”.

Tramp bildirib ki, söhbət zamanı Rusiyadan dizel tədarükü məsələsi əsas müzakirə mövzusu olub. Əldə olunan razılaşmaya əsasən, Rusiya yaxın vaxtlarda ABŞ-yə 300 min tondan çox dizel, noyabr ayında isə beynəlxalq bazarlara 500 min ton yanacaq çatdıracaq. Ağ Ev rəhbərinin sözlərinə görə, daha sonra Moskva əlavə 1 milyon ton xammal ixrac edəcək.

Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov liderlər arasında telefon danışığının yaxın vaxtlarda planlaşdırıldığını bildirmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑