İdman · Ədalət

Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi xəbəri üçün şəkil

Fransada gözlənilən kütləvi tətil və etiraz aksiyaları futbol matçlarına da təsir edib.

Adalet.az xəbər verir ki, UEFA Avropa Liqası çərçivəsində keçirilməli olan “Renn” – “Olimpiakos” qarşılaşmasının tarixi və başlama saatı dəyişdirilib.

Əvvəlcə 5 noyabr cümə axşamına planlaşdırılan matç Fransa həmkarlar ittifaqlarının həmin gün üçün elan etdiyi ümumi tətil səbəbindən 4 noyabr çərşənbə gününə keçirilib. Fransa hakimiyyəti tətil günü Renndə lazımi təhlükəsizliyi təmin edə bilməyəcəyini açıqlayıb. UEFA isə matçın başlama saatını 16:30-a təyin edib.

Oyunun iş gününə və erkən saata salınması bilet alan “Renn” azarkeşlərinin kütləvi narazılığına səbəb olub.

Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin etirazlara cəlb olunması səbəbindən Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 1-in bəzi oyunlarını da təxirə salmalı olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑