Dünya · Ədalət

Avropa İttifaqı geri addım atdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa İttifaqı geri addım atdı xəbəri üçün şəkil

Monreal sammiti ərəfəsində Avropa İttifaqı Kanadaya “assosiasiativ üzv” statusunun verilməsi planından imtina edib. Üzv dövlətlər arasında yaranan kəskin fikir ayrılıqları səbəbindən sammitin yekun bəyanat layihəsindəki ifadələr yumşaldılıb.

Adalet.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bir müddət əvvəl səsləndirdiyi bu təşəbbüsün Aİ müqavilələrində hüquqi əsasının olmaması narazılıq doğurub.

Xüsusilə Almaniya statusun yalnız namizəd ölkələrə şamil edilməsini tələb edib. Həmçinin ABŞ Prezidenti Donald Trampın bu addımı “düşmənçilik” kimi dəyərləndirib ticarəti dayandırmaq hədəsi də bu qərara təsir göstərib.

Yenilənmiş layihəyə əsasən, tərəflər 2027-ci ilə qədər tam üzvlükdən kənar, sadəcə “daha sıx tərəfdaşlıq” modeli üzərində işləyəcəklər. Kanadanın Baş naziri Mark Karni ticarət və enerji sahəsində Aİ ilə əlaqələri genişləndirmək niyyətində olduqlarını, lakin tam üzvlük məqsədi daşımadıqlarını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑