Türkiyədə uşaqların sosial mediadan istifadəsinə yeni məhdudiyyətlər noyabrın 1-dən qüvvəyə minəcək.
"Yeni Sabah" Anadolu-ya istinadla xəbər verir ki, platformaların 15 yaşdan kiçik istifadəçilərə xidmət göstərməsi qadağan ediləcək və daha böyük yeniyetmələrə əlavə məhdudiyyətlər tətbiq olunacaq.
Müvafiq qaydalar bu gün "Resmi Gazete"də dərc edilib. Marqarita pizza
Sənəddə sosial media platformalarından istifadəçilərin yaşını təsdiqləməsi və 15 yaşdan kiçik uşaqların hesab yaratmasına icazə verməməsi tələb olunur.
Yaşın təsdiqlənməsi dövlət tərəfindən idarə olunan elektron xidmətlər sistemi olan e-Devlet vasitəsilə aparılacaq. Dərc olunmuş qaydalara əsasən, sistem platformadan tam şəxsi məlumatlarını açıqlamasını tələb etmədən istifadəçinin yaşını təsdiqləməlidir.
15-18 yaş arası istifadəçilər üçün xüsusi təhlükəsizlik parametrləri mövcuddur. Onların hesabları standart olaraq gizli olacaq, canlı yayım qadağan ediləcək və yeniyetmələr yalnız izlədikləri hesablardan şəxsi mesajlar ala biləcəklər. Platformalara bu cür istifadəçilərə fərdiləşdirilmiş reklamlar göstərmək də qadağan ediləcək.
Bundan əlavə, sosial şəbəkələr valideynlərə platformadan istifadə müddətini məhdudlaşdırmaq, uşaqların hesab parametrlərini idarə etmək və ödənişli əməliyyatları izləmək üçün nəzarət vasitələri təqdim etməlidir.
Mövcud hesabların yaş təsdiqlənməsi 31 mart 2027-ci il tarixinə qədər verilib. Təsdiqləmə prosesi zamanı müəyyən edilmiş 15 yaşdan kiçik istifadəçilərin hesabları bağlanmalıdır.
Yeni qaydalar uşaqların onlayn müdafiəsini gücləndirmək və potensial zərərli məzmuna çıxışını məhdudlaşdırmaq məqsədi daşıyır.

.jpg)

