Dünya · Yeni Sabah

Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi xəbəri üçün şəkil

Türkiyənin şimalında yerləşən Tokat şəhərində son üç gün ərzində təxminən 5 000 sakin ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə yerli xəstəxanalara müraciət edib.

"Yeni Sabah" "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Tokat vilayətinin qubernatoru Abdullah Köklü məlumat verib. Onun sözlərinə görə, hazırda 30 nəfər müalicə alır.

Qeyd olunub ki, mütəxəssislər içməli su nümunələri götürərək şikayətlərin mənbəyini müəyyənləşdirmək üçün Ankaraya göndəriblər. pizza sifarişi

"İnfeksiya mənbəyinin içməli su olub-olmadığını hələ bilmirik. Səhiyyə Nazirliyində aparılan analizlərin nəticələrinə əsasən lazımi məlumatları əldə edəcəyimizə ümid edirik", - deyə qubernator qeyd edib.

Onun sözlərinə görə, dezinfeksiya işlərinin aparılması məqsədilə bir günlük dayandırılan dərslər çərşənbə axşamı yerli məktəblərdə bərpa olunacaq./Oxu.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑