Dünya · Modern.az

Xəzər dənizində yeni ada yarandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xəzər dənizində yeni ada yarandı
Xəzər dənizində yeni ada yarandı

Qazaxıstan sahillərində Xəzər dənizində yeni ada yaranıb. Ada Kulalı adası yaxınlığında aparılan hava kəşfiyyatı zamanı aşkarlanıb.

Modern.az xəbər verir ki, son dörd-beş il ərzində suyun səviyyəsinin azalması fonunda dənizin şimal hissəsində buna bənzər bir neçə quru sahəsi meydana gəlib.

Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun məlumatlarında qeyd olunur ki, Qazaxıstan sektorunda suyun səviyyəsi 1996–2025-ci illər ərzində təxminən 2,45 metr azalıb. Bunun əsas səbəbləri çay axınının azalması, iqlim dəyişikliyi nəticəsində buxarlanmanın artması və insan fəaliyyətinin təsiridir.

Alimlər xəbərdarlıq edirlər ki, Xəzər dənizinin dayazlaşması onun ekosistemi üçün təhlükə yaradır. Bu proses Xəzər suitilərinə və nərə balıqlarına da mənfi təsir göstərə bilər. Dənizin geri çəkilməsi balıqçılığa, gəmiçiliyə və sahil infrastrukturuna da təsir edə bilər.

Alimlərin fikrincə, Xəzər dənizinin Aral dənizinin taleyini yaşayaraq tamamilə yox olması ehtimalı azdır. Bununla belə, dənizin şimalındakı dayaz ərazilər suyun səviyyəsinin daha da azalması nəticəsində ciddi fəsadlarla üzləşə bilər.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑