Dünya · Bizim.Media

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq” xəbəri üçün şəkil

Ukrayna Prezidentinin müdafiə texnologiyalarının inkişafı məsələləri üzrə müşaviri Sergey Beskrestnov ABŞ-nin Ukraynaya müxtəlif kəşfiyyat məlumatları təqdim edəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu məlumatlara ballistik raketlərin buraxılması və ya buraxılışa hazırlıq barədə xəbərdarlıqlar da daxildir. 

Bu məlumatlar, ilk növbədə, mülki əhalinin sığınacaqlara keçməsi üçün vaxt qazanmasına kömək edir.

“Məni optimist adlandıra bilərsiniz, amma ABŞ-nin bizi bu məlumatlardan məhrum edəcəyinə inanmıram. Çünki söhbət dinc insanların sağ qalmasından gedir”, – deyə o vurğulayıb.

Bizim.Media 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑