Rusiyalı ictimai xadim və keçmiş hip-hop ifaçısı Mişa Mavaşi (əsl adı Mixail Nits) 41 yaşında vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Baza" Telegram kanalı məlumat yayıb.
Hadisə onun evində baş verib. Reper silahı təmizləyərkən ehtiyatsızlıqdan başından ağır güllə yarası alıb. Marqarita pizza
Güllə Mavaşinin başının sol üst hissəsinə dəyib. Təcili xəstəxanaya çatdırılan ifaçı reanimasiya şöbəsinə yerləşdirilərək süni tənəffüs aparatına qoşulub.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, musiqiçinin həyatını xilas etmək mümkün olmayıb./Oxu.az
