Dünya · Globalinfo.az

Fırtına şəhərləri qaranlığa qərq etdi: 57 min ev işıqsızdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fırtına şəhərləri qaranlığa qərq etdi: 57 min ev işıqsızdır xəbəri üçün şəkil

Britaniya və İrlandiyada tüğyan edən “Boelo” fırtınası ciddi fəsadlara səbəb olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Güclü külək nəticəsində 57 mindən çox evin elektrik təchizatı kəsilib.

Şotlandiyanın bəzi ərazilərində küləyin sürəti saniyədə 38 metrə, İngiltərədə isə 31,1 metrə çatıb.

Oktyabrın 25-i səhər saatlarına olan məlumata görə, Böyük Mançester, Kambriya və Lankaşir də daxil olmaqla, İngiltərənin şimal bölgələrində on minlərlə ev elektrik enerjisiz qalıb.

Britaniyanın Meteorologiya Xidməti ölkənin şimalında sarı və narıncı səviyyəli hava xəbərdarlıqlarını qüvvədə saxlayıb.

Əlverişsiz hava şəraitinin ciddi nəticələri İngiltərənin cənub-qərbində, Cənubi Uelsdə, eləcə də Qərbi və Şərqi Midlends bölgələrində qeydə alınıb.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑