Dünya · Konkret.az

Putin, Tramp və Si Cinpin bir araya gəlir? – Hazırlıq başladı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin, Tramp və Si Cinpin bir araya gəlir? – Hazırlıq başladı | KONKRET xəbəri üçün şəkil

Çində Rusiya, ABŞ və Çin liderlərinin mümkün üçtərəfli görüşü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

KONKRET.az xəbər verir ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin, Donald Tramp və Si Cinpinin noyabrın 18-19-da Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində görüşməsi ehtimalı müzakirə olunur.

Uşakov bildirib ki, Putinlə Tramp arasında ayrıca ikitərəfli görüşlə bağlı hələlik razılıq əldə edilməyib. Bununla belə, liderlərin eyni tədbirdə iştirakı onların ünsiyyət qurmasına imkan yarada bilər.

Kremlin rəsmisi Putinin Trampın dəvəti ilə dekabrda Mayamidə keçiriləcək G20 sammitində iştirakının isə Çindəki görüşlərin nəticələrindən asılı olacağını qeyd edib.

Qeyd edək ki, mümkün üçtərəfli görüşün keçirilməsi hələ rəsmən təsdiqlənməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑