Tanınmış yazıçı Əmir Pəhləvan hələ 1996-cı ildə Ramiz Mehdiyevə şeir həsr edibmiş.
"Yeni Sabah" xəbər verir ki, "İblis"adlanan şeir 13 dekabr1996-cı il tarixdə "İLHAM" qəzetinin 4(45)- sayında çap edilib.
Həmin şeiri təqdim edirik: pizza sifarişi
İ B L İ S
Ramiz Ənvəroviç Mehdiyevə həsr edirəm
Əl vermə, əllərin çox qanlar görüb,
Çəkil bir addım da geriyə, İblis!
Olsaydı imkanım-bir qoyun kimi ,
Qatardım sürüyə mən səni, İblis!
Başda kim oldusa “him”in qalmadı,
Tərsə çalmadığın “sim”in qalmadı,
Alıb satmadığın kimin qalmadı,
Baxmadın ölüyə, diriyə, İblis!
Bir vaxt Vəzirova vəziryan dedin,
Düşüb ayağına sonra “can” dedin,
Gəldi Mütəllibov əsil xan dedin,
Başladın min haya, min küyə, İblis!
Çoxuna dedin ki, canlı trupdu,
Ətrafı, dörd yanı qrup-qpupdu,
İndi də deyirsən dünya qurubdu,
Beləcə dəyişdin, bəs niyə, İblis?!
Təzə boğzını yaşlayır Əmir,
Həyatı təzədən başlayır Əmir,
Yaşıl budaq kimi yaşayır Əmir,
Ölürsən çürüyə-çürüyə, İblis!
Əmir Pəhləvan
“İLHAM” qəzeti 13 dekabr1996-cı il, 4(45)- sayı.
Bakı şəhəri /Oxu24.com



.jpg)
