İdman · Yeni Sabah

PSJ-də gərginlik

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
PSJ-də gərginlik xəbəri üçün şəkil

"Paris Sen-Jermen" klubunda baş məşqçi Luis Enrike ilə hücumçu Usman Dembele arasında oyun vaxtının idarə olunmasına görə narazılıq yaranıb.

“Yeni Sabah” xəbər verir ki, 29 yaşlı vinger fiziki formasını və optimal dözümlülüyünü saxlayaraq ritm qazanmaq üçün əvəzlənmədən, mütəmadi olaraq tam 90 dəqiqə meydanda olmaq istədiyini bildirir. Lakin baş məşqçi Luis Enrike və PSJ-nin tibbi heyəti fransalı futbolçunun keçmiş ağır zədə tarixçəsini nəzərə alaraq onu mövsümün həlledici mərhələsinə tam sağlam çıxarmaq üçün oyun dəqiqələrini ciddi nəzarətdə saxlayır.

Paris təmsilçisi gərgin oyun təqvimində aparıcı futbolçularının zədə risklərini minimuma endirmək məqsədilə rotasiya siyasətinə və xüsusi istirahət planına üstünlük verməkdə davam edir. Marqarita pizza

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑