İdman · Offsideplus.az

Ronaldo Mbappenin Real Madriddəki problemindən danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldo Mbappenin Real Madriddəki problemindən danışdı xəbəri üçün şəkil
Ronaldo Mbappenin "Real Madrid"dəki problemindən danışdı

"Real Madrid"in əfsanəvi keçmiş hücumçusu Kriştianu Ronaldo Kilian Mbappenin İspaniya klubundakı yeni mövqeyi və mərkəz hücumçusu kimi çıxışı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz Mbappenin 9 nömrə mövqeyində zorlandığını, lakin bu rola uyğunlaşa biləcəyini vurğulayıb:

"Məncə, mərkəz hücumçusu oynamaq Mbappeyə çətinlik yaradır, çünki orası onun təbii mövqeyi deyil. "Real Madrid"də olsaydım, ona 9 nömrədə necə oynamaq lazımdırsa öyrədərdim. Mən də əvvəllər hücumçu deyildim, amma zamanla buna öyrəşdim. Mbappe gözlənilməz oyunçudur - sürətlidir, güclüdür, qəfildən ortaya çıxa bilir. O, cərimə meydançasında dayanıb orta gözləyən tipik hücumçu ola bilməz, içəri arxadan daxil olmalıdır. Mən bunu etdim, Mbappe də etməlidir".

Qeyd edək ki, Ronaldo "Real Madrid" tarixinin ən çox qol vuran futbolçusudur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑