İdman · AZƏRTAC

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır xəbəri üçün şəkil

Bakı, 12 oktyabr,

Sərbəst güləş üzrə Azərbaycan milli komandası Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, ötən gün startı verilən hazırlıq prosesi 2 həftə davam edəcək.

Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan toplanışda taktika və texnikanın təkmilləşdirilməsinə üstünlük veriləcək. Proqramda fiziki gücün və dözümlülüyün artırılması üçün məşqlər də nəzərdə tutulub.

Dünya çempionatının son hazırlıq prosesində baş məşqçi Xetaq Qazyumov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında İslam Bazarqanov, Muhəmməd İsmayılov, Hüseyn Hüseynov (hamısı 57 kiloqram), Nürəddin Novruzov, Camal Abbasov, Muhəmmədəli Əlizadə (hamısı 61 kiloqram), Rəşid Babazadə, Əli Rəhimzadə, Ruslan Abdullayev (hamısı 65 kiloqram), Kənan Heybətov, Zirəddin Bayramov, Hacı Kərimov (hamısı 70 kiloqram), Turan Bayramov, Murad Yevloyev, Musa Verdiyev (hamısı 74 kiloqram), Cəbrayıl Hacıyev, Fərid Cabbarov, Sahib Dadaşov (hamısı 79 kiloqram), Arseni Cioyev, Muradxan Omarov, Əşrəf Aşırov (hamısı 86 kiloqram), Ali Tsokayev, Osman Nurmaqomedov, Abubakr Abakarov (hamısı 92 kiloqram), Maqomedxan Maqomedov, Rəvan Musayev (hər ikisi 57 kiloqram), Giorgi Meşvildişvili, Yusif Dursunov və Muxamad Qantemirov (hamısı 125 kiloqram) iştirak edirlər.

Toplanışın keyfiyyətini və sparrinq sayını artırmaq məqsədilə böyük məşqçi Əşrəf Əliyev və məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında U-20 millisinin daha 12 üzvü də hazırlıq prosesinə cəlb edilib.

Qeyd edək ki, mundialda sərbəst güləş üzrə yarış oktyabrın 29-dan noyabrın 1-dək keçiriləcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑