İtaliya A Seriyasında iddialı klublar üçün turun son oyunları gözlənilməz sınaqlarla yadda qalıb. Həm "AC Milan", həm də "Yuventus" səfər matçlarında qələbəni əldən verərək meydanı bərabərliklə tərk ediblər.
“Yeni Sabah” xəbər verir ki, "AC Milan" səfərdə "Sassuolo"nun qonağı olub və görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Milan təmsilçisi ikinci hissədə hesabı açıb: qarşılaşmanın 63-cü dəqiqəsində ulduz yarımmüdafiəçi Luka Modriçin ötürməsini qola çevirən Adrien Rabio "qırmızı-qaralar"ı önə keçirib — 0:1. Lakin bu üstünlük cəmi 5 dəqiqə davam edib. Matçın 68-ci dəqiqəsində Kas Odenthal fərqlənərək tarazlığı bərpa edib — 1:1. Qalan dəqiqələrdə hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib və "Milan" səfərdən bir xalla dönməli olub.
Digər tərəfdən, "Qoca Sinyora" da səfər turunda zəfər qazana bilməyib. "Kalyari" ilə qarşılaşan "Yuventus" matçda geri düşsə də, məğlubiyyətdən qaçmağı bacarıb. Daniel Maldininin qolu ilə hesabı açan "Kalyari"yə qarşı Turin klubu 81-ci dəqiqədə Randal Kolo Muaninin (Kerim Alajbeqoviçin ötürməsi ilə) vurduğu qolla cavab verib — 1:1. pizza mizza
Bu nəticələrdən sonra İtaliya A Seriyasının turnir cədvəlində liderlik uğrunda mübarizə daha da gərginləşib. "Milan" və "Yuventus" kimi nəhənglərin səfər matçlarında buraxdıqları xallar zirvə yarışındakı rəqabəti daha da qızışdırıb.
Nazim Hacıyev


.webp)
