İngiltərənin doqquzuncu divizionunda çıxış edən “Lonqlevens” futbol klubunun prezidenti 32 il ərzində klubun adından milli lotereyanın hər tirajında iştirak edib və o, hər il buna 200 funt sterlinq(450 manat) xərcləyib.
İdman.Biz xəbər verir ki, nəhayət 1500-dən çox tirajdan sonra 73 yaşlı klub rəhbərinin və komandasının bəxti nəhayət gətirib.
İngiltərənin həvəskar “Lonqlevens” klubunun prezidenti lotereyada 1 milyon funt sterlinq (təxminən 2,2 milyon manat) qazanıb.
Kişi uduşu klubun inkişafına sərf etməyi planlaşdırır. Nəzərdən keçirilən variantlardan biri “Lonqlevens”in hazırda icarəyə götürdüyü əmlakı satın almaqdır.




