“Azərbaycanda keçirilən mədəniyyətlərarası dialoq forumu heç şübhəsiz ki, təkcə mədəniyyətlərarası dialoq yox, həm də dövlətlərarası münasibətlərdə sülh yaratma missiyası kimi qiymətləndirilməlidir. Çünki məhz sülhü yaradan dialoqdur. Ona görə də ortaq gələcək və ortaq təhlükəsizlik naminə əgər nümunəvi bir model yaratmaq zərurəti varsa, bu, mütləq mədəniyyət platforması üzərindən inşa edilməlidir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, mədəniyyət tarixən həmişə universal dəyər olub:
“Mədəniyyət tarixən həmişə universal dəyər olub. Ən müxtəlif, ən mürəkkəb və ən unikal problemlərin həlli üçün açar rolunu oynayıbdır. Bu gündə belədir və bu gün mədəniyyətin missiyası daha da artır. Ona görə təsadüf deyil ki, Azərbaycan prezidenti məhz postmüharibə müharibəsini xarakterizə edərkən əldə etdiyimiz sülh əldə etməyə çalışdığımız sülh fəlsəfəsini də mədəniyyətlə əlaqələndirdi və bu kontekstdə Azərbaycanın yaratdığı yeni siyasi strategiyanı nümunəvi model kimi xarakterizə etdi”. Dominos pizza
Parlament üzvü əlavə edib ki, hər müharibə aparan və qalib gələn ölkə üçün dərhal sonra sülh təşəbbüsündən çıxış etmək xarakterik deyil:
“Əlbəttə ki, bu, hər müharibə aparan və qalib gələn ölkə üçün dərhal sonra sülh təşəbbüsündən çıxış etmək xarakterik deyil. Bu, Azərbaycan üçün xarakterikdir. Və bu da Azərbaycan xalqının çox dərin köklərdən gələn mədəniyyəti ilə əlaqədardır. Bir çoxların dünyada baş verən hadisələri, silahsızların toqquşması kimi xarakterizə etdiyi bir vaxtda Azərbaycanın sivilizasiyaları və mədəniyyəti dialoq vasitəsi kimi görməsinin nəticəsidir. Azərbaycan prezidenti məhz bu kontekstdə beynəlxalq münasibətlərdə itmiş və itməkdə davam edən etimad mühitini də qiymətləndirərək beynəlxalq təşkilatlara onun qəbul etdiyi qərarlara etimadın və hörmətin olmadığını, onların yerinə yetirilməsinin mümkün olmadığını göstərdi və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların necə havadan asılı qaldığını uzun illər bir daha yada saldı. Bu, əlbəttə ki, onu zərurət edir ki, demək, beynəlxalq münasibətlər sistemində də qlobal siyasətdə də bir etimad mühiti olmalıdır. Bir təhlükəsizlik mühiti olmalıdır ki, bu, aqressiyaya qarşı çəkindirici vasitəyə çevrilsin”.
H.Babaoğlu vurğulayıb ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan prezidenti bir daha ortaq gələcək naminə sülhün və dialoqun zəruri olduğunu dilə gətirdi:
“Amma biz bilirik ki, məhz ikili standartlardan yanaşmanın nəticəsi idi ki, ermənilər uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlaya bildi. Ona görə də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan prezidenti bir daha ortaq gələcək naminə sülhün və dialoqun zəruri olduğunu dilə gətirdi. Və uzun illər davam edən müharibədən sonra qalib ölkə kimi Azərbaycanın sülh təşəbbüsündən çıxış etməsi də həm də yüksək mədəniyyət, xalqımızın tarixdən gələn humanitar dəyərləri ilə əlaqələndirdi. Ona görə də mən düşünürəm ki, əgər bu gün doğrudan da münaqişələrdən, müharibələrdən, aqressiyalardan, işğalçılıq fəlsəfəsindən, faşizm fəlsəfəsindən qurtarmaq üçün ehtiyac duyduğu çıxış yolu məhz mədəniyyətdədir, məhz mədəniyyətdədir. Və bu mənada Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumu olduqca aktualdır, gələcəyin təhlükəsizliyi və rifahı baxımından olduqca vacib əhəmiyyət daşıyır”.
Xatırladaq ki, oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.
Nazim Hacıyev




