Siyasət · Ölkə.az

Bu şəxslər cərimələnəcək - Yeni layihə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu şəxslər cərimələnəcək - Yeni layihə xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsində əksini tapıb. 

Layihədə qeyd olunub ki, pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən ("pro bono" hüquq xidmətləri göstərən şəxslər istisna olmaqla) pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina olunmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 200 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə olunacaqlar. 

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub. 

Mürtəza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑