Siyasət · SİA

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Əsgərbəyli kəndində yığıncaq keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Əsgərbəyli kəndində yığıncaq keçirilib xəbəri üçün şəkil

​Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Əsgərbəyli kəndində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn prioritet məsələlərin və nəzərdə tutulmuş təşkilati vəzifələrin icrasına həsr olunmuş tədbir təşkil edilmişdir.
​Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə dövlət başçısının VIII Qurultaydakı konseptual nitqinin partiya quruculuğu, ideoloji işin təşkili və dövlətçilik maraqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Natiq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərdən sonrakı dövrdə hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətli vəzifələri xüsusi qeyd etmişdir.
​Daha sonra çıxış edən partiya fəalı Yaqub Əmiraslanov Yeni Azərbaycan Partiyasının ölkəmizin sosial-siyasi inkişafındakı aparıcı mövqeyinə toxunaraq, Ümummilli Lider Heydər Əliyevin irsinə sadiqliklərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursu bundan sonra da fəal şəkildə müdafiə edəcəklərini bəyan etmişdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑