Siyasət · SİA

Yasamal rayonunda Zəfərin 6-cı ildönümünə həsr olunmuş qızlar arasında voleybol yarışı keçirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yasamal rayonunda Zəfərin 6-cı ildönümünə həsr olunmuş qızlar arasında voleybol yarışı keçirilib xəbəri üçün şəkil

26–27 oktyabr 2026-cı il tarixlərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, “Bakı-2026 – Dünya İdman Paytaxtı” tədbirlər proqramına uyğun olaraq, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş qızlar arasında voleybol yarışı keçirilib.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarış 60 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutub.

İki gün davam edən gərgin və rəqabətli yarış yüksək idman əzmi, komanda ruhu və maraqlı mübarizə şəraitində keçib. İştirakçılar yarış boyunca öz bacarıqlarını, çevikliklərini, komanda ilə işləmək qabiliyyətlərini və qələbə əzmlərini nümayiş etdiriblər.

Yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzini təşviq etmək, idmanın kütləviliyinə nail olmaq, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir.

Yarışın yekununda qalib komandanın üzvlərinə müvafiq diplom və medallar təqdim olunub. Tədbir iştirakçıların xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑