Dünya · Yeni Sabah

Hava limanına raket hücumu: 12 nəfər həlak oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hava limanına raket hücumu: 12 nəfər həlak oldu xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Səudiyyə Ərəbistanının 4 vətəndaşı, eləcə də 2 banqladeşli, bir amerikalı, bir misirli, bir iordaniyalı, bir suriyalı, bir fələstinli və bir sudanlı həyatını itirib. Həmçinin 309 nəfər yaralanıb, onların arasında ağır vəziyyətdə olanlar da var. Yaralılara xəstəxanalarda lazımi tibbi yardım göstərilir. Toyuqlu pizza

GACA əlavə edib ki, hücum nəticəsində aeroporta maddi ziyan dəyib və hazırda bunun dərəcəsi qiymətləndirilir. "The Wall Street” jurnalının mənbələrə istinadən verdiyi məlumata görə, Ər-Riyad Hava Limanının 3 və 4-cü terminalları birbaşa raket zərbələrindən sonra xeyli ziyan görüb. Beynəlxalq aeroportun oktyabrın 11-i günün sonuna qədər bağlı olacağı bildirilib.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑