Dünya · Xəzər Xəbər

Meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb xəbəri üçün şəkil

Honkonqda meymunçiçəyi xəstəliyinə yeni yoluxma halları aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli səhiyyə orqanları məlumat yayıb.

Məlumata əsasən, avqust ayından bəri 21 yeni xəstəlik halı qeydə alınıb ki, bu da 2026-cı ildəki ümumi yoluxmanın 70 faizini təşkil edir.

"2022-ci ildən bəri Honkonqda 114 yoluxma faktı aşkarlanıb. Bütün xəstələr kişi cinsinin nümayəndələridir. Bu il ərzində 30 xəstəlik halı qeydə alınıb. Yoluxma hallarının əhəmiyyətli dərəcədə artması səbəbindən çoxşaxəli yanaşma vasitəsilə hədəflənmiş profilaktika və nəzarət tədbirləri həyata keçirilir. Tətbiq edilən peyvəndlərin sayı artmaqdadır”, - deyə məlumatda qeyd olunub.

Tibb mütəxəssisləri xəstəliyin yayılmasının qarşısını almaq üçün insanları diqqətli olmağa çağırıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑