Dünya · Axar.az

ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək xəbəri üçün şəkil

ABŞ və Rusiya, görünür, Ukrayna ilə müharibə başa çatdıqdan sonra Avropanın ən böyük enerji istehlakçısı olan Almaniyaya və digər Avropa ölkələrinə Rusiya qazının tədarükündən əldə edilən gəliri bölüşməyə hazırdırlar. Hətta bunun üçün “Şimal axını” qaz kəmərinin fəaliyyətini bərpa etmək də lazım gələ bilər.

Axar.az xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri qeyd edib.

Məqalədə bildirilib ki, Ağ Ev Almaniyanın fikirlərini məhəl qoymur və iddia edir ki, istənilən razılaşma Rusiya ilə DFC (ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası) arasında danışıqlar yolu ilə həll olunmalı, həmçinin ABŞ vergi ödəyicilərinə və şirkətlərinə fayda verməlidir.

Vurğulanır ki, müharibə bitdikdən sonra müqavilə ABŞ investorlarına Avropaya enerji təchizatından mənfəət əldə etməyə imkan verəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑