Dünya · Yeni Çağ

Tramp iki okeanın adını dəyişməyi planlaşdırır - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp iki okeanın adını dəyişməyi planlaşdırır - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu müddət başa çatmamış Atlantik və ya Sakit okeanın adını “Tramp okeanı” və ya “Amerikalar okeanı” olaraq dəyişdirməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, Tramp bu barədə Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Bizim okeana ehtiyacımız var. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişdirməyi düşünürdüm. Onu “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandıracağıq. Buna bənzər bir şey. Mən vəzifədən getməzdən əvvəl bunu etməliyik. Hesab edirəm ki, bizim okeanımız və böyük bir çayımız olmalıdır. Lakin Missisipinin adını dəyişmək niyyətində deyiləm. Mən Missisipini sevirəm”, – deyə dövlət başçısı bildirib.

Tramp, həmçinin Hörmüz boğazının adını “Tramp boğazı” olaraq dəyişdirmək imkanını yenidən gündəmə gətirib.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl Meksika körfəzinin və Ontario gölünün adlarının müvafiq olaraq “Amerika körfəzi” və “Amerika gölü” kimi dəyişdirilməsi ilə bağlı fərmanlar imzalayıb. Bu fərmanlar həmin coğrafi obyektlərin ABŞ federal hökuməti tərəfindən və rəsmi xəritələrdə necə adlandırılacağını müəyyənləşdirir. Lakin Trampdan sonra vəzifəyə gələcək prezidentlər bu qərarları ləğv edə bilərlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑