Dünya · Globalinfo.az

Trampdan növbəti qəribə təklif: “Ora öz adımı verəcəm”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan növbəti qəribə təklif: “Ora öz adımı verəcəm” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Sakit və ya Atlantik okeanlarından birinin adını öz şərəfinə dəyişdirmək niyyətində olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Bizə okean lazımdır. Buna görə də ya Atlantik, ya da Sakit okeanın adını dəyişdirməyi düşünürdüm. Onu “Tramp okeanı” və ya “Amerikalar okeanı” adlandıracağıq. Bu cür bir şey”, – deyə dövlət başçısı bildirib.

Ağ Evin rəhbəri bu ideyanı prezidentlik müddəti başa çatana qədər həyata keçirmək lazım olduğunu vurğulayıb.

Siyasətçinin fikrincə, ABŞ-a həmçinin “böyük bir çay” lazımdır.

Bununla belə, Tramp Missisipi çayının adını dəyişdirmək niyyətində olmadığını, çünki bu adı sevdiyini qeyd edib.

Bundan əlavə, ABŞ lideri Hörmüz boğazını yenidən “Tramp boğazı” adlandırmaq istədiyini deyib.

Xatırladaq ki, sentyabrın 26-da Tramp “Truth Social” sosial şəbəkəsində Hörmüz boğazının onun şərəfinə adlandırıldığı xəritə paylaşmışdı. Şəkildə su yolu dairəyə alınaraq “Tramp boğazı” kimi qeyd edilmişdi.

Dövlət başçısı paylaşımına heç bir şərh əlavə etməmişdi.

Günay Rəsulqızı
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑