Dünya · Bizim.Media

Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Səudiyyə Ərəbistanı husilərə dəhşətli cavab VERƏCƏK xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumlara görə Ənsar Allahı (Husilər) günahlandırıb.

Bizim.Media xəbər verir ki, koalisiyanın mövqeyini onun sözçüsü Turki əl-Maliki açıqlayıb:
 

"Şənbə günü Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının sərnişin terminallarından birində Husilər tərəfindən törədilən və sərnişinlər və hava limanı işçiləri arasında mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən terror hücumu beynəlxalq humanitar hüquqa əsasən tammiqyaslı müharibə cinayəti kimi qiymətləndirilir.


Koalisiyanın Birgə Qüvvələr Komandanlığı bu terror hücumuna beynəlxalq humanitar hüquqa və onun adət normalarına uyğun olaraq qətiyyətli cavab verəcək."

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑