Dünya · Yeni Sabah

Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb” xəbəri üçün şəkil

Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qoşun qruplaşması Ukraynanın Donetsk vilayətində yerləşən Dobropolye şəhərini nəzarətə götürüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinin iştirakı ilə keçirilən müşavirədə bildirib.

Valeri Gerasimovun sözlərinə görə, sentyabrın 1-dən bəri Rusiya-Ukrayna münaqişəsi zonasında 92 yaşayış məntəqəsi və 1.8 min kvadrat kilometrdən çox ərazi Rusiya ordusunun nəzarətinə keçib. Baş Qərargah rəisi dəqiqləşdirib ki, sentyabrın əvvəlindən bu yana təkcə Donetsk vilayətində 23 yaşayış məntəqəsi və təxminən 500 kvadrat kilometr ərazi nəzarətə götürülüb./Oxu.az pizza sifarişi


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑