Ukrayna ilə ABŞ arasında müharibənin dayandırılması, hərbi dəstək və gələcək diplomatik addımlarla bağlı fikir ayrılıqları davam edir.
Editor.az xəbər verir ki, UNİAN-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı tərəfdaşlarla yeni görüşün təşkili üzərində iş aparıldığını bildirib.
Danışıqların əsas istiqamətlərindən biri Ukraynanın müdafiə ehtiyacları və ölkənin təhlükəsizliyinin təmin edilməsidir. Kiyev ABŞ-la əməkdaşlığın davam etdirilməsində maraqlı olsa da, müharibənin gələcəyi ilə bağlı qərarlarda Ukraynanın maraqlarının nəzərə alınmasını vacib sayır.
ABŞ Prezidenti Donald Trampın Rusiya ilə mümkün razılaşmalara dair yanaşması da Avropada müzakirələrə səbəb olur. Avropa liderləri isə Ukraynanın gələcəyi ilə bağlı qərarların onun iştirakı olmadan qəbul edilməməsinin əhəmiyyətini vurğulayırlar.
//Samir Qurbanov, Editor.az




