Dünya · Yeni Sabah

Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq” niyyətindədir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq” niyyətindədir xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı fəaliyyətləri başa çatdırdıqdan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir.

"Yeni Sabah" xəbər verir ki, Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Tramp qeyd edib ki, onun administrasiyası ABŞ silahlı qüvvələrinə rekord məbləğdə – 1 trilyon dollar yönəldib. pizza mizza

"Dünyada ən yaxşı hərbi texnika bizdədir. Siz bunu Venesueladakı hadisələr zamanı gördünüz. İran sizə deyəcək ki, ən yaxşı hərbi texnika bizdədir. Bəs Kuba necə? Narahat olmayın. İrandan sonra Kuba ilə məşğul olacağıq, kiçik bir fasilə edəcəyik", - o deyib.

ABŞ Prezidenti həmçinin Kuba sahillərinə hərbi gəmilərin göndərilməsi ehtimalını da mümkün hesab edib.

"Onlar əllərini qaldıracaqlar, sonra isə biz işi sona çatdırmaq üçün [ABŞ Dövlət katibi] Marko Rubionu göndərəcəyik. Bizim heç dayanmağımıza belə ehtiyac yoxdur. Sadəcə onu oraya göndərmək olar və o özü hər şeyi həll edəcək", - Tramp bildirib.\Report


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑