Dünya · Yeni Sabah

Bahalı ərzaq amerikalıları bu addımı atmağa məcbur edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bahalı ərzaq amerikalıları bu addımı atmağa məcbur edir xəbəri üçün şəkil

ABŞ-də ərzaq qiymətlərinin artması ucbatından əhalinin yarısı yemək vaxtlarını ötürür.

“Yeni Sabah” xəbər verir ki, bu, ictimai rəy sorğusunun nəticələrində qeyd olunub.

“Self Financial” adlı maliyyə qurumunun sorğusunda iştirak edənlər ərzaq qiymətlərinin artmasının onların psixoloji vəziyyətinə və stress səviyyəsinə güclü təsir göstərdiyini bildirib. Onların sözlərinə görə, bu təsir hətta çox işləmək, yuxusuzluq və kifayət qədər dincəlməmə kimi amillərdən də yüksəkdir. pizza sifarişi

Hesabatda qeyd olunub ki, ərzaq xərclərinin artması insanların yalnız alış-veriş səbətinə qoyduğu məhsulların sayına deyil, həyatının digər sahələrinə də təsir edir. Ən maraqlı nəticə ərzaq qiymətlərinin bahalaşması ucbatından bir çox amerikalının yeməkdən imtina etməyə başlamasıdır. Yemək vaxtlarını ötürənlərin sayı ölkə əhalisinin yarısına çatıb.

Xatırladaq ki, ABŞ-də ərzaq qiymətləri son altı ildə 28 faiz bahalaşıb. Bəzi məhsullarda isə artım daha yüksəkdir. Məsələn, qiymə ətinin qiyməti 67 faiz, qəhvənin qiyməti isə 108 faiz artıb.

 Əsmətxanım Rzazadə 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑