Siyasət · Yeni Sabah

Azərbaycanda məmurlar gəlirlərini 21 ildir GİZLƏDİRLƏR – ŞOK DETALLAR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda məmurlar gəlirlərini 21 ildir  GİZLƏDİRLƏR – ŞOK DETALLAR xəbəri üçün şəkil

Dövlət idarəçiliyində şəffaflığın artırılması, rüşvətxorluğun qarşısının alınması və məmurların dürüstlüyünün təmin olunması hər zaman cəmiyyəti maraqlandıran əsas məsələlərdən biri olub. Bu məqsədlə illərdir müzakirə olunan vacib məsələlərdən biri də vəzifəli şəxslərin gəlir və əmlaklarını açıqlaması, yəni bəyannamə verməsidir. Bu sahədə hansı qaydaların mövcud olması, sistemin necə işləməsi və hansı boşluqların qalması isə diqqət mərkəzindədir.

"Yeni Sabah" xəbər verir ki, mövzu ilə bağlı deputat Razi Nurullayev Modern.az-a danışıb.

“Azərbaycanda vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsi verməsi ilə bağlı qanunvericilik var və burada məsələ kifayət qədər aydın şəkildə tənzimlənib. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun və 2005-ci ildə qəbul edilmiş müvafiq qaydalar vəzifəli şəxslərin hər il öz gəlirlərinin mənbəyini, növünü və məbləğini, əmlakını, bank əmanətlərini, qiymətli kağızlarını, şirkətlərdə iştirakını və müəyyən maliyyə öhdəliklərini bəyan etməsini tələb edir. Qaydalara görə, illik bəyannamə yanvarın 1-dən 30-dək, vəzifəyə yeni təyin olunan şəxs tərəfindən isə vəzifəsinin icrasına başladığı gündən 30 gün ərzində təqdim olunmalıdır”. Dördpendirli pizza

Razi Nurullayev qeyd edib ki, əsas məsələ qanunun effektiv şəkildə işləməsidir.

“Burada əsas problem qanunun mövcud olub-olmaması deyil. Əsas problem qanunda nəzərdə tutulan sistemin tam və effektiv şəkildə işləməsidir. 2005-ci ildən bu yana bəyannamənin forması və təqdimetmə mexanizmi ilə bağlı məsələ həllini tapmayıb. Nəticədə kağız üzərində kifayət qədər aydın öhdəliklər olsa da, onların real nəzarət, yoxlama və məsuliyyət mexanizminə çevrilməsində ciddi boşluq yaranıb. Bu məsələ beynəlxalq qiymətləndirmələrdə də xüsusi olaraq qeyd olunur.

Vəzifəli şəxsin gəlir və əmlakının bəyan edilməsi sadəcə formal hesabat proseduru kimi qəbul edilməməlidir. Bu mexanizm dövlət idarəçiliyində şəffaflığın, maraqlar toqquşmasının qarşısının alınmasının və qanunsuz varlanma riskinin müəyyən edilməsinin mühüm alətlərindən biridir. Bəyannamə təqdim olunursa, onun düzgünlüyünü yoxlayan real mexanizm də işləməlidir”.

Deputat vurğulayıb ki, məlumatları bəyan etmək ilə ictimaiyyətə açıqlamaq fərqli anlayışlardır.

“Hazırkı qaydalara əsasən, təqdim edilən maliyyə məlumatları şəxsi həyatın sirri və konfidensial məlumat kimi qorunur. Buna görə “bəyan etmək”lə “ictimaiyyətə açıqlamaq” eyni məsələ deyil.

Bu sistem tam və ardıcıl şəkildə tətbiq olunarsa, gəlir və əmlak bəyannamələri dövlət idarəçiliyində şəffaflığın və ictimai etimadın gücləndirilməsinə xidmət edə bilər. Bunun üçün elektron bəyannamə mexanizminin yaradılması, məlumatların qanunvericilik çərçivəsində yoxlanılması və bütün vəzifəli şəxslər üçün aydın və vahid qaydaların formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Burada əsas məqsəd hər hansı vəzifəli şəxsi hədəfə almaq deyil, dövlət idarəçiliyində şəffaflığı təmin edən və hamı üçün eyni qaydada işləyən müasir bir sistem qurmaqdır”.

Hüquqşünas Əkrəm Həsənov da mövzu ilə bağlı fikirlərini bölüşüb.

Hüquqşünas bildirib ki, qanunvericilikdə məmurların və onların ailə üzvlərinin maliyyə xarakterli məlumatları təqdim etməsi nəzərdə tutulub.

“24 iyun 2005-ci ildə “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları” adlı qanun qəbul olunub. Həmin qanuna görə, hər bir məmur və onunla yaşayan ailə üzvü hər il yanvarın 1-dən 30-dək maliyyə xarakterli məlumatlarını müvafiq orqanlara təqdim etməlidir.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5-ci maddəsində məmurların gəlirlərinin mənbəyini, növünü və məbləğini, vergitutma obyekti olan əmlakı, avtomobili, kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları, şirkətləri, fondları və digər təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı ilə bağlı məlumatları təqdim etməli olduğu qeyd olunur. Bu məlumatları yalnız məmurun özü deyil, ailə üzvləri də verməlidir”.

Hüquqşünas deyib ki, hazırda Azərbaycanda bu tələblər praktik olaraq tətbiq olunmur.

“Halbuki 2005-ci ildə qəbul olunmuş qanuna görə, məmurlar və onların ailə üzvləri gəlirlərini bəyan etməlidirlər. Biz 2005-ci ildə BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına da qoşulmuşuq.

Amma bu qanun tətbiq olunmur.

Niyə? Halbuki gəlirlərin bəyan olunması korrupsiyaya qarşı mübarizənin sütunlarından biridir. Hələ 2005-ci ildə Nazirlər Kabineti iki ay ərzində bəyannamənin formasını təsdiqləməli idi. Formasını! Məzmun artıq qanunda var. Nazirlər Kabineti 21 ildir bunu etmir”, – deyə hüquqşünas vurğulayıb.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑