Əliyev, Putin və Paşinyan görüşüb, ya yox? - Ruslar təsdiq, ermənilər təkzib edir
Hazırda oxuyur: —
Ümumi baxış: 0
Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş Türkmənistanda baş tutmayıb.
"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan yerli mediaya açıqlamasında deyib.
“Belə bir formatda görüş baş tutmayıb”, - deyə o bildirib.
Rusiyanın "Kommersant" qəzeti isə bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistanda keçirilən Xəzər sammitindən sonra qapalı görüş keçirdiklərini yazmışdı.
Asena,BakuPost
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



