Siyasət · Axar.az

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib? xəbəri üçün şəkil

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş Türkmənistanda baş tutmayıb.

Axar.az Bakupost-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan yerli mediaya açıqlamasında deyib.

“Belə bir formatda görüş baş tutmayıb”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın "Kommersant" qəzeti isə bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkmənistanda keçirilən Xəzər sammitindən sonra qapalı görüş keçirdiklərini yazmışdı.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑