Siyasət · Yeni Sabah

“Azərbaycan dünyaya mühüm mesajlar verdi” - DEPUTAT

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Azərbaycan dünyaya mühüm mesajlar verdi” - DEPUTAT xəbəri üçün şəkil

“Həqiqətən bu gün Azərbaycan unikal nümunə ortaya qoyur. Yəni bu gün Azərbaycan kimi bu siyasəti həyata keçirən ikinci bir ölkə yoxdur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, Azərbaycan birmənalı olaraq öz gücünə, imkanlarına arxalanaraq öz torpaqlarını azad etdi:

“Bu gün Qarabağ sürətlə qurulur, sürətli dirçəldilir. Və təbii ki, Azərbaycanın bu gün postmüharibə dövründə əldə etdiyi təcrübə birmənalı olaraq dünya üçün nümunəvi model kimi götürülə bilər. Yəni sürətli minalardan təmizləmə, sürətli quruculuq işləri. Baxın, beş il və ya altı il ərzində Qarabağda və Şərqi Zəngəzurda nə qədər böyük quruculuq, abadlıq işləri həyata keçirilib. Yəni nə qədər addımlar atılıb, nə qədər işlər görülüb və bunlar tarixi nailiyyətdir. BMT Təhlükəsizlik Şurasının həmçinin icra olunmaması bir daha onu göstərir ki, bu gün dünyada əsas meyar gücdür. Yəni haqlı olmaq yetərli deyil. Azərbaycan birmənalı olaraq öz gücünə, imkanlarına arxalanaraq öz torpaqlarını azad etdi. Və bu növbəti bir presedent yaratdı və söhbət ondan gedir ki, BMT-nin qətnamələrinin heç biri icra olunmurdu”. pizza hut

Deputat əlavə edib ki, Azərbaycan dünyaya bəyan etdi ki, işğalla barışmayacaq:

“Belə olduğu təqdirdə Azərbaycan özü bəzi addımları atmalı və bəzi tədbirlər və Azərbaycan daha bir presedent yaratmış oldu. Yəni daha doğrusu öz gücü hesabına torpağını azad etdi və dünya üçün həm də bir nümunəvi model yaratdı ki, Azərbaycan eyni zamanda dünyaya bəyan etdi ki, işğalla barışmayacaq. Ümumiyyətlə mədəniyyətlərarası dialoq forumu, "Ortaq Gələcək Naminə Dialoq" mövzusuna gəldikdə, hesab edirəm ki, bu gün Azərbaycanın bu tədbiri keçirməklə dünyaya verdiyi mesaj həm də odur ki, biz ortaq gələcək naminə mütləq dialoq qurmalıyıq. Yəni bütün hallarda müharibələr, baş verən proseslər, hadisələr bunlar yetərli deyil, daha çox problem yaradır. Biz məsələlərin dialoq yolu ilə, danışıqlar yolu ilə həllinə nail olunmalıyıq. Əgər ortaq gələcək qurmaq istəyiriksə, bu istiqamətdə dialoqa üstünlük verməliyik və çalışmalıyıq ki, daha çox anlaşma, müzakirə yolu ilə bu prosesə özümüzün töhfəmizi verək”.

Xatırladaq ki, Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑