2026-cı ilin yanvar-avqust aylarında xaricdən ölkəyə 85 milyon 901 min 650 ədəd diri həşərat gətirilib. İdxal edilən məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, həşəratlar Azərbaycana əsasən Rusiya, Mərakeş, Belçika, Türkiyə və Niderlanddan tədarük olunub. İdxalın böyük hissəsi Rusiyanın payına düşüb — bu ölkədən 148.8 min manat dəyərində 84 milyon 280 min ədəd həşərat gətirilib.
Diqqətçəkən məqamlardan biri isə Niderlanddan edilən tədarükdür. Bu ölkədən cəmi 30 ədəd həşərat gətirilməsinə baxmayaraq, onların ümumi gömrük dəyəri 22.7 min manat (13.36 min dollar) olub. Beləliklə, Niderlanddan idxal edilən bir həşəratın orta qiyməti təxminən 757 manata çatıb. pizza mizza




