İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi "İxrac İcmalı"nın son göstəricilərinə əsasən, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərən ixracatçı subyektlərin reytinq cədvəli müəyyənləşib.
“Yeni sabah” xəbər verir ki, açıqlanan statistikaya görə, özəl bölmədə ən yüksək ixrac gəliri əldə edən şirkət 282.4 milyon dollar göstərici ilə dağ-mədən sahəsində fəaliyyət göstərən “Azerbaijan International Mining Company” (“AIMKL”) şirkətinin nümayəndəliyi olub. İkinci sıranı 112.1 milyon dollarla ölkənin qida sənayesinin əsas iştirakçılarından olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, üçüncü yeri isə 105.3 milyon dollar ixrac həcmi ilə aqrar-sənaye sektorunda çalışan “Prime Cotton” MMC tutub.
Qeyri-neft ixracında ön sıralarda yer alan digər iri özəl subyektlər sırasına “Baku Steel Company” QSC (56.9 milyon dollar), “Tabaterra” MMC (46.3 milyon dollar), “Prime Export” MMC (43.9 milyon dollar), “West Stream” MMC (32.3 milyon dollar), “Agrarco” MMC (31.3 milyon dollar), “Silk Way Aviaşirkəti” MMC (29 milyon dollar) və “P-Aqro” MMC (27.3 milyon dollar) daxildir. Marqarita pizza
Cəlalə Cəlalqızı




