“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub.
Tezadlar.az xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, şirkətin ixrac göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2025-ci ilin ilk 9 ayında 46 milyon 600 min dollar təşkil edən ixrac həcmi 2026-cı ilin eyni dövründə 112 milyon 100 min dollara çatıb.
Beləliklə, şirkətin ixracı 65,5 milyon ABŞ dolları və ya 140,6 faiz artım nümayiş etdirib.
Bu nəticə “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin istehsal və ixrac potensialının güclənməsinin, eləcə də Azərbaycanın qeyri-neft sektorunun inkişafına verdiyi töhfənin göstəricisidir.
“Azərsun Holdinq” ölkənin sənaye və istehsal potensialının artırılması, yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi və qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.






