“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ÜDM-in 5 faizindən bir az artıq olan xarici borcumuzun dünyada ən aşağı borclardan olduğunu bildirdi.
Xarici borcun ÜDM-dəki nisbəti iqtisadi təhlükəsizlik baxımdan əsas meyarlardandır.
Bunu iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Azərbaycan xarici börcun ÜDM-dəki payına görə dünyada neçəncidir?- sualını isə deputat belə cavablandırıb:
“World Economics-in statistikasına əsasən, bu göstəriciyə görə Azərbaycan dünyada ən yaxşı üçlükdədir. Söhbət xarici borc almaq potensialı olan dövlətlərdən gedir. Xarici borcun ÜDM-dəki payının bir rəqəmli olduğu ölkələrin sayı isə cəmi doqquzdur.
Xarici borcun ÜDM-ə nisbətinin aşağlığına görə Azərbaycan Avropada ən yaxşı göstəriciyə malikdir. ÜDM-ə nisbətdə ən yüksək borc asıllığı Avropada Luksemburq, Malta və Kiprdədir. ÜDM-ə nisbətən daha çox borcu olan dövlətlər onluğunu Fransa qapayır. Fransada xarici borc ÜDM-dən 2.6 dəfə çoxdur.
Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 89.4 milyard milyon dollardır və xarici dövlət borcunu 20 dəfə üstələyir. Bu ölkə üçün möhkəm iqtisadi təhlükəsizlik yastığının olmasından xəbər verir.
JASMİN
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 29-da uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, aşağı həddi 5% və yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Bildirilib ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən ümumi
Azərbaycanın bank sektorunda izafi vəsaitlərin həcmi artmaqda davam edir. Məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonuna 6,2 milyard manata çatıb. Bu göstərici ötən ilin dekabr ayı ilə müqayisədə 2,2 dəfə artıb. Bəs banklarda izaf
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il 1 barrel neftin qiymətinin 92,8 ABŞ dolları olacağını proqnozlaşdırır.
Modern.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, gələn il üçün isə 1 barrel neftin orta qiymətinin 82,8 dollar olacağı gözlənilir.
Nyu-York birjasında qızılın qiyməti artıb. Sfera.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.14% artaraq 4.057 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.29% ucuzlaşaraq 53.51 ABŞ dolları təşkil edib.
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. Sfera.az "Reuters"ə istinadən xəbər verir ki, tənzimləyici qurum dərəcəni 3,75 %-4 % diapazonunda saxlayıb. Pul-kredit siyasətinin dəyişməz saxlanmasının lehinə 10, əleyhinə isə iki