İdman · Yeni Sabah

“Arsenal” 14 illik həsrətə son qoydu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Arsenal” 14 illik həsrətə son qoydu xəbəri üçün şəkil

İngiltərə Premyer Liqasının mərkəzi qarşılaşmasında "Arsenal" səfərdə "Liverpul"un qonağı olub. Böyük gərginliklə keçən matç London təmsilçisinin 1:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmada yeganə və qələbə qolunu 16-cı dəqiqədə Deklan Raysın asistentliyi ilə Kay Havertz torla görüşdürüb. Bu qələbə "topçular" üçün xüsusi tarixi əhəmiyyət kəsb edir; belə ki, "Arsenal" 2012-ci ildən bu yana ilk dəfə Premyer Liqa çərçivəsində "Anfild" stadionunda "Liverpul"u məğlub etməyi bacarıb.

Mikel Artetanın yetirmələri əsas rəqiblərindən olan "Mançester Siti"nin xal itirdiyi turda bu imkandan maksimum yararlanaraq 3 xalı aktivinə yazdırıblar. Bu zəfərlə "Arsenal" çempionluq yarışında raqiblərini geridə qoyaraq turnir cədvəlinin birbaşa vahid liderliyinə yüksəlib. Dominos pizza

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑