“Marsel” Milli Maliyyə Nəzarəti Orqanının yoxlamaları səbəbindən xərcləri azaltmağın yollarını axtarır və bunu öz oyunçularının köməyi ilə etməyə çalışıb.
Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Klub oyunçularına maaşlarının azaldılmasını təklif etsə də, heç biri belə bir addımla razılaşmayıb.
Beləliklə, yayda əmək haqqının 30 faiz azaldılmasına baxmayaraq, klub pula qənaət etməyin başqa yollarını axtarmağa davam edir. Xatırladaq ki, “Marsel” son transfer pəncərəsində heç bir transfer etməyib, Qrinvud və Obameyanq da daxil olmaqla bir sıra oyunçularla yollarını ayırıb.
Qeyd etmək lazımdır ki, DNCG tələblərinə uyğun olaraq, “Marsel”in əmək haqqı limitinin təxminən 100 milyon avro olması lazımdır, halbuki hazırda bu rəqəm 120 milyon avro civarındadır.
Bundan əlavə, “Marsel” sadəcə əmək haqqının azaldılması ilə ödənilə bilməyən büdcə kəsirini kompensasiya etmək üçün 2027-ci ilin yayına qədər transferlərdən təxminən 80 milyon avro qazanmalıdır.
“Marsel” hazırda Liqa 1-də 12 xalla 9-cu yerdədir.




