İdman · Teleqraf

Messi karyerasında 937-ci qolunu vurdu - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Messi karyerasında 937-ci qolunu vurdu - VİDEO xəbəri üçün şəkil

BAKI, 2 noyabr. TELEQRAF

Lionel Messi ABŞ-nin Major Futbol Liqasında (MLS) “İnter Mayami”nin “Nyu-England” klubu üzərində qələbəsində (2:1) əsas rol oynayıb.

Teleqraf xəbər verir ki, 39 yaşlı argentinalı futbolçu komandasının hər iki qolunda iştirak edib. O, 69-cu dəqiqədə Xerman Berteramaya məhsuldar ötürmə verib, 83-cü dəqiqədə isə özü fərqlənib.

Bununla da Messi iki matçlıq qolsuz seriyasına son qoyub. Səkkizqat “Qızıl top” sahibi karyerası ərzində vurduğu qolların sayını 937-yə çatdırıb. Təcrübəli hücumçu 1000-ci qoluna çatmaq üçün daha 63 dəfə fərqlənməlidir.

Qeyd edək ki, Messi MLS-in cari mövsümündə 26 qolla bombardirlər yarışına başçılıq edir. “İnter Mayami”nin futbolçusu ən yaxın izləyicisi Petar Musanı 4 qol qabaqlayır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑