Dünya · Yeni Sabah

ABŞ-nin İrana yeni hücumu: Körfəz ölkələri xəbərdar edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-nin İrana yeni hücumu: Körfəz ölkələri xəbərdar edildi xəbəri üçün şəkil

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi əməliyyatların başlanması ehtimalı barədə Fars körfəzi regionunun bir sıra ölkələrini məlumatlandırıb.

"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, Vaşinqton regiondakı tərəfdaşlarını İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniyanın mümkünlüyü barədə xəbərdar edib.

Pentaqon təhlükə altında qala biləcək Yaxın Şərqdəki bəzi hərbi bazalardan amerikalı hərbçiləri təxliyə edib. Toyuqlu pizza

Regionda yerləşdirilən ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr mümkün hücumlara hazırlanır.

ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası barədə hələlik yekun qərar qəbul etməyib.

Mənbələr Trampın seçkilərdən sonra İrana qarşı genişmiqyaslı hücum variantına meyilləndiyini bildirirlər.

Mümkün əməliyyatların hədəfləri arasında İranın infrastrukturu və nüvə obyektlərinin də ola biləcəyi qeyd olunur.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑