Dünya · Yeni Sabah

ABŞ-də Raul Kastronun həbsinə qərar verildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ-də Raul Kastronun həbsinə qərar verildi xəbəri üçün şəkil

ABŞ-nin Florida ştatının məhkəməsi Kubanın 95 yaşlı keçmiş rəhbəri Raul Kastro barəsində həbs qərarı çıxarıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Qeyd edək ki, cari ilin may ayında ABŞ rəsmiləri Kuba inqilabının mühüm şəxslərindən sayılan ordu generalı Raul Kastroya rəsmi ittihamlar elan edib. O, dörd epizod üzrə qətl, iki epizod üzrə təyyarəni məhv etməkdə və ABŞ vətəndaşlarının qətli məqsədilə cinayətkar sövdələşmədə günahlandırılır. Bu cinayət işi çərçivəsində əlavə olaraq beş şəxs də təqsirləndirilən qismində cəlb olunub. Sezar pizza

Məlumata görə, bu ittihamlar 1996-cı ildə Mayamidə yerləşən "Qardaşlar köməyə gəlir" mühacir təşkilatına məxsus iki təyyarənin Kuba Hərbi Hava Qüvvələri tərəfindən vurulması hadisəsi ilə əlaqədar ola bilər. Bildirilir ki, Florida prokurorluğu tərəfindən həmin iş üzrə istintaq 2026-cı ildə yenidən başladılıb./Oxu.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑