Dünya · Baku.ws

Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib xəbəri üçün şəkil

Yaxın Şərqdəki son müharibə ABŞ hərbi bazalarının mövcudluğunun bölgə ölkələri üçün təhlükə olduğunu göstərib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

"Regionumuzdakı son müharibə bölgə ölkələrinə göstərib ki, Amerika bazalarının mövcudluğu onların təhlükəsizliyinə heç bir kömək etməyib, əksinə, onların təhlükəsizliyini pozub", - Əraqçi öz "Telegram" kanalında çıxışından sitat gətirib.

O bildirib ki, bu bazalar nəinki ev sahibi olan ölkələri, hətta özlərini də müdafiə edə bilməyib:

"Onların hamısı son müharibədə ağır zərbələr alıb və məhv edilib. Biz xarici qüvvələrin iştirakı olmadan region ölkələrinin daxili və kollektiv təhlükəsizliyinə səbəb olan hər bir təşəbbüsü alqışlayırıq və bunu doğru addım hesab edirik".

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda iranlı həmkarı Abbas Əraqçi ilə danışıqlar aparıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑