Dünya · Yeni Sabah

Ağ Evdən Trampla bağlı sərt açıqlama

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ağ Evdən Trampla bağlı sərt açıqlama xəbəri üçün şəkil

ABŞ-də keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Evdən Donald Trampın gələcək siyasi fəaliyyəti ilə bağlı açıqlama verilib.

“Yeni Sabah” xəbər verir ki, Ağ Evin yazılı açıqlamasında ABŞ Prezidenti Donald Trampın siyasi fəaliyyətinin sona çatdığını iddia edənlərin dəfələrlə yanıldığı bildirilib. Açıqlamada qeyd olunub ki, Demokratlar Trampın prezidentlik müddətinin qalan 2 ilində onun həyata keçirdiyi bütün işləri geri çevirməyə çalışacaqlar. Lakin bu cəhdlər uğursuz olacaq.

“Radikal sol, yalan xəbərlər yayan media və daim təşviş yaradan çevrələr Prezident Trampın siyasi fəaliyyətinin sona çatdığını hər dəfə elan edəndə yanılıblar. Yenə yanılacaqlar”, – deyə Ağ Evin açıqlamasında bildirilib. pizza

Trampın miqrasiya, təhlükəsizlik, vergi və enerji sahələrində həyata keçirdiyi siyasətə də toxunulub. Onun uğurları sırasında sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarının dayandırılması, enerji müstəqilliyinin təmin edilməsi və uşaqların qorunması göstərilib. Ağ Ev Trampa qarşı mümkün impiçment cəhdlərinin və onun siyasətini dəyişdirmək planlarının nəticəsiz qalacağını vurğulayıb.

“Onu vəzifəsindən kənarlaşdırmaq, siyasətini dəyişdirmək və ya administrasiyasının əldə etdiyi uğurları geri çevirmək cəhdləri radikal solun əvvəlki cəhdləri ilə eyni aqibəti yaşayacaq: uğursuzluq. Prezident Tramp mübarizəni heç vaxt dayandırmayacaq”, – deyə açıqlamada qeyd olunub.

Əsmətxanım Rzazadə 


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑