Dünya · Globalinfo.az

Ukraynaya görə hərəkətə keçdilər – Qərbin yeni planının detalları

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukraynaya görə hərəkətə keçdilər – Qərbin yeni planının detalları xəbəri üçün şəkil

“Ukraynanın müharibədən sonrakı bərpası ilə bağlı Brüsseldə keçirilən danışıqlar vahid ümumi görüş formatında deyil, ayrı-ayrı müzakirələr şəklində baş tutub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Rapporteur” portalı Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Danışıqlar çərşənbə günü Avropa Komissiyasının Berlaymontdakı mənzil-qərargahında keçirilib.

Görüşlərdə Ukrayna, ABŞ, Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri, həmçinin NATO və Dünya Bankının təmsilçiləri iştirak ediblər:

“Avropa Komissiyasını Ursula fon der Lyayenin aparat rəhbəri Byorn Zaybert, Ukraynanı isə əsas danışıqlar aparan şəxs Rustem Umerov təmsil edib. Digər nümayəndə heyətləri təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində təmsil olunub, ABŞ isə danışıqlara distant şəkildə qoşulub”.

Ukrayna nümayəndəsi bildirib ki, gündəliyə müharibədən sonrakı bərpa, iqtisadi inkişaf və uzunmüddətli dayanıqlılıq məsələlərini əhatə edən “rifah planı” daxildir.

Cümə axşamı NATO-nun mənzil-qərargahında danışıqların ikinci mərhələsinin keçirilməsi planlaşdırılır.

Bu mərhələdə Kiyev üçün təhlükəsizlik zəmanətləri müzakirə olunacaq.

Görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və NATO nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, daha əvvəl ABŞ NATO ilə Ukraynanın gələcəyini və Avropanın təhlükəsizliyini müzakirə edib.

Əliyar Xəlil
Globalinfo.az 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑